preloader gif

PAŞA Sığortadan “Santa Kaskidən endirimli KASKO” kampaniyası


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:07 08.12.2022

Qış mövsümündə hava şəraitini və avtonəqliyyat hadisəsi riskinin artdığını nəzərə alaraq sürücülərin avtomobilini güvənlə idarə edə bilməsi üçün PAŞA Sığorta “Santa Kaskidən endirimli KASKO” adlı Yeni İl kampaniyasına start verir.

Kampaniya şərtlərinə əsasən, 06.12.2022 tarixindən etibarən avtomobil sahibləri (tarixçəsi zərərli olan sürücülər istisna olmaqla)  öz avtomobilinin istehsal ilinə uyğun endirim imkanı əldə edə biləcək. Belə ki, avtomobilinin istehsal ili 2005-ci il və daha yuxarı olan, Tam KASKO sığortası əldə edəcək fərdi müştərilərə avtomobilin istehsal ilinə uyğun endirim tətbiq ediləcək. Nümunə olaraq, istehsal ili 2008-ci il olan avtomobil üçün 8% endirim tətbiq ediləcək.

Tam KASKO əldə edən müştərilər hissəvi ödəniş imkanından yararlanaraq avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, təbii fəlakət və bir sıra digər risklərə qarşı avtomobilini təminat altına almış olacaqlar.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün 012 310 22 96 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://insure.az/  keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq 055 414 00 02  göndərərək Kasko sığorta üçün müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET