preloader gif

Ərdoğan: Prezident İlham Əliyev iki ədəd "TOGG" istədi


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:49 03.11.2022

Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığımız baş tutdu. Prezident İlham Əliyev iki ədəd "TOGG" istədi.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "A Haber"ə müsahibəsində bildirib.

Türkiyə liderinin sözlərinə görə, Prezident İlham Əliyev avtomobillərdən birini xidməti maşın kimi istifadə edəcəyini bildirib və hələlik rəng seçimi etməyib.

Qeyd edək ki, ötən gün Azərbaycan və Türkiyə prezidentlərinin telefon danışığı olub. Prezident İlham Əliyev Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan Prezidenti bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib.

Mənbə: APA 

SIĞORTANI İNDİ ƏLDƏ ET