preloader gif

Avtosığorta ilin ilk yarısında sektor üçün - Ən Zərərli Sahə Olub


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
15:33 26.10.2022

Azərbaycanda sığorta sektorun mənfəətliliyi əsasən həyat sığorta şirkətləri hesabına formalaşır.

FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə 2022-ci ilin I yarımili üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi hesabatında deyilir.

İl ərzində həyat sektorunun mənfəətliliyi artmışdır. Belə ki, sektorun xalis mənfəəti (47% və ya 11 mln. manat) artaraq 34 mln. manat təşkil etmişdir. Mənfəətlilik əsasən yarımil ərzində əməliyyat gəlirlərinin 53 mln. manat artımı, əməliyyat xərclərinin isə 57 mln. manat azalması hesabına təmin edilib.

Mənfəətliyə mənfi təsir edən amil isə 97 mln. manat məbləğində ehtiyatların dəyişməsi olmuşdur. Qeyri-həyat sektorunun mənfəətliyi isə 31% (4.6 mln. manat) artaraq 19.4 mln. manat təşkil etmişdir. Bu artımın əsas drayveri kimi xalis sığorta ehtiyatında dəyişmələrin ötən illə müqayisədə 56% (38 mln. manat) azalması çıxış etmişdir.

Eyni zamanda, əsas əməliyyat xərclərinin 7.8 mln. manat azalması və digər gəlirlərin 2.7 mln. manat artması xalis mənfəətin artımını şərtləndirmişdir.

Eyni zamanda, sığorta sektoru üzrə ROA əmsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.6 f.b. azalaraq 5.8% olub.

2022-ci ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ən yüksək zərərli 3 sinif üzrə zərərlilik əmsalının artımı müşahidə edilmişdir. Qeyd edək ki, artım əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVİSMİS) sinfi üzrə müşahidə olunub. Artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz bəndi təşkil etmişdir.

Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə bu göstərici 3.6 f.b. azalsa da, könüllü tibbi sığorta üzrə 11.1 f.b. artmışdır. Bütövlükdə, ən zərərli 3 sinfin ümumi zərərlərdə payı 8.3 f.b. artaraq 60.8%-ə çatmışdır.

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET