Son 12 ayda avto-icbari sığorta üzrə Mərkəzi Banka 1872 sayda şikayət daxil olub.
"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Məlumata görə, şikayətlərin 1261 ədədi qanunvericiliyə uyğun olaraq tam və ya qismən təmin edilib, 536 ədədi üzrə isə qanunvericiliyin tələbləri vətəndaşlara izah edib.
Qeyd edilib ki, Mərkəzi Bankda bir qayda olaraq şikayətlər operativ idarəetməyə götürülür, sığorta istehlakçıların hüquqlarının qorunması üçün müvafiq tədbirlər görülür.
Mənbə: Fins.az