preloader gif

Aktuari şəhadətnaməsi almaq üçün imtahanlar keçiriləcək


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
11:11 04.08.2022

Azərbaycan Respublikasının Mərkəzi Bankı, TSEV - Türk Sigorta Enstitüsü Vakfı və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında müvafiq əməkdaşlığa dair razılığa əsasən “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 3.4-cü və 5.9-cu bəndlərinə müvafiq olaraq aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün “Ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı”, “Qeyri-həyat sığortası riyaziyyatı”, “Qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər” və “Həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri” mövzuları üzrə aşağıda qeyd edilən tarixlərdə Mərkəzi Bank tərəfindən imtahanlar keçiriləcək.

"Fins.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, imtahanlarda iştirak etmək istəyən şəxslər qanunvericiliklə tələb olunan sənədləri imtahan tarixinə ən azı 30 gün qalmış Mərkəzi Banka təqdim etməlidirlər.

Məlumata görə aktuari şəhadətnaməsi almaq üçün keçiriləcək imtahanların qrafiki aşağıdakı kimidir.

Mövzunun adı

Attestasiya tarixi

Saat

1

Ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı

10.11.2022

10:00

2

Qeyri-həyat sığortası riyaziyyatı

25.11.2022

10:00

3

Qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər

12.12.2022

10:00

4

Həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri

27.12.2022

10:00

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET