preloader gif

Azərbaycanda avtomobil kreditlərinin - ŞƏRTLƏRİ DƏYİŞDİ – ELEKTRİK, HİBRİD VƏ ADİ AVTOMOBİLLƏR


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
11:00 04.08.2022

Azərbaycanda avtobil alınması məqsədilə bank kreditiləri ilə bağlı yeni şərtlər məlum olub.

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun təsdiqlədiyi «Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda»da bildirilir.

Qaydaya əsasən, avtomobillərin alışı zamanı bankların ayıracağı məbləğ avtomobillərin buraxılış ili ilə yanaşı, onların ekoloji göstəriciləri, daha dəqiqi elektrik, hibrid olmasından da asılı olaraq fərqlənəcək.

Belə ki, elektrik və hibrid avtomobilləri üçün kredit şərtləri daha əlverişli olacaq.

Digər tərəfdən, əvvəlki qaydadan fərqli olaraq indi avtomobillərin qiyməti ilə bağlı limit tətbiq edilməyib.

Yeni qaydaya əsasən avtomobil alışı zamanı bankların ayıra biləcəyi kreditin maksimum hədləri və tələb olunacaq ilkin ödənişin aşağı həddi aşağıdakı kimidir.

Elektrik avtomobilləri

Qiymətindən asılı olmayaraq elektrik avtomobili, istehsal tarixi 3 il və ya daha azdırsa,  bu avtomobil üçün kreditin təminata olan nisbəti (KTN) 90%-ə qədər ola bilər. Yəni bu avtomobilin dəyərinin 90%-nə qədər kredit götürmək mümkün olacaq, ilkin ödəniş isə 10%-dən başlayacaq.

Elektrik avtomobilinin istehsal tarixi 3 ildən daha artıqdırsa, onun alışı zamanı dəyərinin ən çoxu 60%-i qədər kredit götürmək mümkün olacaq, ilkin ödənişi isə 40%-dən başlayacaq.

Hibrid avtomobilləri

Qiymətindən asılı olmayaraq hibrid avtomobili istehsal tarixi 1 (bir) il və ya ondan az olduqda kreditin təminata olan nisbəti (KTN) 80%-ə qədər ola bilər. Yəni bu avtomobilin alınması üçün avtomobilin dəyərinin 80%-i qədər kredit götürmək mümündür, ilkin öjdəniş isə 20%-dən başlayacaq.

İstehsal tarixindən 1-3 il keçən hibrid maşınlanrın alınması üçün isə onların dəyərinin 60%-i qədər kredit götürmək mümkündür, ilkin ödəniş 40%-dən başlayacaq. Yaşı 3 ildən artıq olan hibrid avtomobilləri almaq üçün kredit götürəndə isə ilkin ödəniş azı 50% olmalı, kreditin məbləği isə maşının dəyərinin maksimum 50%-i qədər ola bilər.

Adi avtomobillərin kredit şərtləri də yumşalıb

Yeni Qaydaya əsasən adi – yəni hibrid və elektrik olmayan avtomobillərin alışı zamanı daha az kredit götürmək olar, amma əvvəlki varianta baxanda bu da nisbətən yumşaq şərtlərdir.

Belə ki, istehsal tarixi 1 il və daha az olan avtomobilləri kreditlə alanda kreditin məbləği avtomobilin dəyərinin ən çoxu 60%-i qədər ola bilər, ilkin ödəniş isə minimum 40% olmalıdır.

İstehsal tarixi 1-3 il arasında olan avtomobillərin  kreditlə alışı zamanı maksmimum kredit 50%  mümkün olacaq, ilkin ödəniş isə azı 50% olmalıdır.

Avtomobilin istehsal tarixi 3 ildən artıq olduqda isə onu almaq üçün bank onun dəyərinin ən çoxu 40%-i qədər kredit verə bilər. Qalan hissə isə ilkin ödəniş olmalıdır.

Yeni qaydalar 2018-ci ildə Maliyyə Bazarlarına Nəzarət Palatası (indi ləğv edilib və səlahiyyətləri Mərkəzi Banka verilib – FED.az) tərəfindən qəbul edilən və indiyədək qüvvədə olandan daha yumşaqdır.

Əvvəla əvvəlki qaydada hibrid və elektrik avtomobillərinə fərq qoyulmamışdı. Bu da təbiidir – o vaxt hibrid və elektrik avtomobilləri indiki kimi yayılmamışdı. 

Digər tərəfdən, əvvəlki qaydalarda kredit şərtləri avtomobillərin qiymətindən asılı olaraq dəyişirdi.

Belə ki, əvvəlki qaydalara əsasən istehsal tarici 1 il və daha az olan avtomobilləri kreditlə almaq üçün – maşının qiyməti 30 min manatdan aşağı idisə, onun dəyərinin 60%-i həcmində, 30 min manatdan artıq olduqda isə dəyərinin 50%-i həcmində kredit götürmək olardı.    

Avtomobil 1 ildən köhnə olduqda isə qiymətindən asılı olmayaraq onun qiymətinin maksimum 20%-i həcmidə kredit götürmək mümkün idi, yəni ilkin ödəniş minimum 80%-dən başlayırdı.

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET