preloader gif

SOCAR avtomobil benzini istehsalını 13%, dizel istehsalını - 30% AZALDIB


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
14:12 19.07.2022

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 15,4% - 1 milyard 705,4 milyon manata qədər (cari məzənnə ilə $1 milyarddan çox) azalıb.

FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə 247,8 min ton təyyarə yanacağı (artım 2,7%), 64,9 min ton soba mazutu (artım 2,7 dəfə), 176,8 min ton neft bitumu (artım 17,8%), 503,4 min ton avtomobil benzini (azalma 13,1%), 141,8 min ton birbaşa qovulan benzin - nafta (azalma 29,9%), 19,5 min ton sürtkü yağları (azalma 29,9%), 77,6 min ton neft koksu (azalma 41,1%) istehsal edilib.

2022-ci ilin yanvar-iyun aylarında neft məhsullarının istehsalında azalma aprelin 4-dən mayın 27-dək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda aparılan planlı təmir işləri ilə əlaqədar olub.

2022-ci il iyulun 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 8,1 min ton avtomobil benzini, 1,6 min ton nafta, 10,7 min ton təyyarə yanacağı, 8,4 min ton dizel yanacağı, 9 min ton soba mazutu, 3,7 min ton sürtkü yağı, 7,7 min ton neft bitumu, 14,7 min ton neft koksu var.

Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir. (İnterfaks-Azərbaycan)

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET