preloader gif

Dərman təminatı tibbi xidmətlər zərfinə daxil ediləcək


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
11:46 05.07.2022

“Tibbi xidmətlər zərfinə gələcəkdə dərman təminatının da daxil edilməsi planlaşdırılır”.

Fins.az xəbər verir ki, bunu "Tibb biznesində perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə İcbari tibbi sığorta üzrə dövlət agentliyinin idarə heyətinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, dərman təminatı ilə bağlı artıq aptek şəbəkələrinin də Agentliklə müqavilə bağlayaraq bu prosesə cəlb olunması nəzərdə tutulur.

"Bildiyiniz kimi, xidmətlər zərfi bizim ən mühüm ana sənədimizdur. Xidmətlər zərfi ildən-ilə artır və artıqca özəl sektorun cəlb edilməsində yeni imkanlar yaranır. Gələcəkdə dərman təminatının da xidmətlər zərfinə salınması planlaşdırılır", - deyə Zaur Əliyev qeyd edib.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET