Sürücülük vəsiqəsi imtahanı robota tapşırıldı – 10 min nəfərdən - 7 Mini Kəsildi

11:42 14.06.2022

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler

Özbəkistanda sürücülük vəsiqəsi imtahanları üçün tam avtomatlaşdırılmış iki sınaq mərkəzi fəaliyyət göstərir və beləliklə, sürücülərin yol hərəkəti qaydalarını bilməsi və təcrübəsi insan müdaxiləsi olmadan qiymətləndirilir.

FED.az xəbər verir ki, imtahanın nəzəri hissəsi kompüter vasitəsi ilə, praktiki hissəsi isə yenə də insanın müdaxilə etmədiyi sistemlə həyata keçirilir. 100 faiz avtomatlaşdırılmış avtodrom sükan arxasında əyləşən sürücünün bütün qayda pozuntularını qeydə alır.

Özbəkistanda sürücülük vəsiqəsinin verilməsi istiqamətdə eksperimentlər fevral ayında başlayıb. Fevralın 4-dən iyunun 9-dək Daşkənd şəhərindəki test mərkəzində sürücülük məktəblərinin 10 min 92 məzunu imtahan verib. Onlardan yalnız 3 min 266 nəfəri avtomobil idarə etmək hüququ qazanıb.

 Mənbə: Fed.az