preloader gif

AZAL 2020-ci ildə hökumətdən 279 milyon manat məbləğində - MALİYYƏ DƏSTƏYİ ALIB


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:16 19.05.2022

2020-ci ildə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) xalis zərəri 76,415 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 3% azdır.

FED.az AZAL-ın 2020-ci il üzrə maliyyə hesabatına istinadən xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar aviaşirkətin daşımalar üzrə gəlirləri 3 dəfə azalaraq 335,236 milyon manat təşkil edib.

AZAL 2020-ci ildə hökumətdən 232,082 milyon manat subsidiya alıb. Bütövlükdə, hökumət 2020-ci ildə Cəmiyyətə 279 milyon manat məbləğində maliyyə dəstəyi (subsidiyalar, kredit, əlavə kapital, borcun bir hissəsinin ödənilməsi daxil olmaqla) göstərib.

Hesabata əsasən, 2020-ci ilin sonuna AZAL-ın aktivləri 1 milyard 978,2 milyon manat məbləğində (azalma 5,1%) qiymətləndirilir.

Cəmiyyətin öhdəlikləri 2 milyard 757,96 milyon manata (azalma 1,5%), balans kapitalının çatışmazlığı 779,76 milyon manata (artım 9%) bərabərdir.

AZAL-ın nizamnamə kapitalı 823,975 milyon manat (2020-ci il ərzində dəyişməyib) təşkil edir. (İnterfaks-Azərbaycan)

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET