preloader gif

Onlayn satış kanalları genişləndiriləcək - AZƏRSIĞORTA

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
17:12 12.05.2022

Azərbaycan Dövlət Kommersiya Sığorta Şirkəti (“Azərsığorta”) fəaliyyətində baş verən dəyişiklikləri və gələcək planlarını açıqlayıb.

FED.az xəbər verir ki, sığorta şirkətindən bildirilib ki, şirkətin idarəetmə strukturu korporativ qaydalara uyğunlaşdırılıb: “2022-ci ilin əvvəlindən başlayaraq "Azərsığorta" şirkətində bir çox sayda innovativ biznes prosesləri tətbiq edilib, bununla da birmənalı olaraq şirkətdə yeni korporativ idarəetmə strukturu yaradılıb. Eyni zamanda, müştəri xidmətinin keyfiyyətinin və müştəri məmnuniyyətinin artmasına nail olunub”.

Məlumata görə, hazırda yeni struktur bölmələrinin fəaliyyətə başlaması ilə effektivliyin tam şəklildə təmin edilməsi üçün departamentlərin əsasnamələri, iş prosedurları və təlimatları hazırlanır.

Dövlət icbari şəxsi sığortaların sığorta şirkətinin yığımlarında yaratdığı boşluğun doldurulması məsələsinə gəlincə, “Azərsığorta”dan deyiblər ki, icbari növlərlə yanaşı könüllü sığorta növlərinin də inkişafı planlaşdırılır: “Hədəfimiz icbari və könüllü sığorta növləri üzrə qeyri-həyat sığorta məhsullarının satışlarını inkişaf etdirməkdir. Qeyd etdiyimiz məhsulların satış həcminin artırılması üçün ənənəvi satış metodundan əlavə, onlayn satış kanalından da yararlanmaq niyyətindəyik. Satış hədəflərimizə çatmaq üçün lazım olan müvafiq onlayn satış platformalarından istifadə olunacaq”.

“Azərsığorta”dan onu da əlavə ediblər ki, şirkətin məhsulyaratma qrupu bazara yeni məhsullar hazırlayıb təqdim edəcək.

Qeyd edək ki, ötən ildən etibarən dövlət icbari şəxsi sığorta növləri ilə bağlı yığımların toplanması “Azərsığorta”dan alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə olunub. Bu isə şirkətin maliyyə göstəricilərinə təsir göstərib. “Azərsığorta” 2021-ci ili 14,295 milyon manat zərərlə başa vurub. Sığorta şirkətinin 2022-ci ilin birinci rübündə yığımları ötən ilin eyni dövrünə nisbətən 35,6 milyon manat az, yəni 2,4 milyon manat təşkil edib.

SIĞORTANI İNDİ ƏLDƏ ET