preloader gif

Azərbaycanın sığorta və təkrarsığorta brokeri ötən ili zərərlə başa vurdu


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
09:50 18.03.2022

“Societe de Courtage” Sığorta və Təkrarsığorta Brokeri 2021-ci ili 21 min 232 manat  zərər ilə başa vurub. Halbuki, şirkət 2020-ci ildə 8 min 888 manat mənfəət etmişdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il sığorta və təkrarsığorta brokerinin gəlirləri 217 min 618 manat (əvvəlki ilə nisbətən 12% az), xərcləri 238 min 849 manat (2.1% çox) təşkil edib.

Hesabat dövrünün sonuna Sığorta və Təkrarsığorta Brokerinin cəmi aktivləri 304 min 59 manat təşkil edib. Belə ki, hesabat ilinin əvvəli ilə müqayisədə cəmi aktivləri 8.2% artıb.

31 dekabr 2021-ci ilin sonuna “Societe de Courtage”ın cəmi öhdəlikləri 1.8 dəfə artaraq 84 min 392 manat, cəmi kapitalı isə 6% azalaraq 219 min 667 manat olub.

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET