preloader gif

Azərbaycan və Türkiyənin "Yaşıl kart" sistemləri - İNTERQRASİYA OLUNACAQ


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
16:53 11.03.2022

İcbari Sığorta Bürosu (İSB) ilə "Türkiye Motorlu Taşıt Bürosu" (TMTB) arasında "Yaşıl kart" sistemləri üzrə inteqrasiya protokolu imzalanacaq.

FED.az xəbər verir ki, sənədi İSB-nin icraçı direktoru Rəşad Əhmədov və TMTB-nin müdiri Mehmet Akif Eroğlu imzalayacaqlar.

14 mart tarixində baş tutacaq imzalama mərasimində Azərbaycan Mərkəzi Bankın, Türkiyə Sığortaçılar Birliyinin nümayəndələri də iştirak edəcəklər.

Tədbirdə Riskli Sığorta hovuzu mexanizmi (Kiçik motor həcmli və taksi xidməti göstərən avtonəqliyyat vasitələri) üzrə təqdimat və müzakirələr aparılacaq. (Apa)

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET