Səfər sığortası üzrə fərqli paketlər təklif edən “Atəşgah” Sığorta Şirkəti yeni Platinum paketini müştərilərinin istifadəsinə verib.
FED.az xəbər verir ki, sözügedən bu yeni sığorta paketi Şengen ölkələrinə səfər edən müştərilər üçün tövsiyə olunur. Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti tərəfindən ümumilikdə Mini, Klassik, Premium, Platinum səfər sığortası paketləri təklif olunur. Covid təminatı isə yalnız Premium və Platinum paketlərində mövcuddur ki, Platinum paketdə bu təminat limitsiz şəkildə ödənir. Belə ki, Premium paketdə sığorta məbləğinin 5 %-i Covid təminatına aid olduğu halda, Platinum paketdə sığorta məbləğinin 100%-i Covid təminatına aid edilir. Bu isə Şengen ölkələrinə səfər zamanı tələb olunan şərtdir.
Sığortanı linkə keçid alaraq https://insure.az/travel online əldə edə, əlavə suallarınız üçün 012 310 22 96 nömrəsinə müraciət edə bilərsiniz!
Səyahətiniz arxayın, sığortanız “Atəşgah”dan olsun!
Mənbə FED.az