preloader gif

Azərbaycanda ötən il mikrosahibkarların gəlirləri - 54% ARTIB


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
12:20 18.02.2022

Ötən il Azərbaycanda fəaliyyət göstərən mikrosahibkarlıq subyektlərinin malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əldə etdikləri gəlirlərin həcmi 1,3 mlrd. manat təşkil edib.

FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, ötən il mikrosahibkarların gəlirləri illik ifadədə 54,2% artıb. Sözügedən gəlirlərin 83,3%-i topdansatış ticarət dövriyyəsinin payına düşüb.

Hesabat ilində xarici mikrosahibkarların Azərbaycanda əldə etdikləri gəlirlərin həcmi 86,2 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 85,1% çoxdur. Birgə (xarici və yerli) mülkiyyətli olan müəssisələr isə ötən il 15,3 mln. manat gəlir əldə edib. Bu, 2020-ci illə müqayisədə 20,1% çoxdur.

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET