preloader gif

İcbari tibbi sığorta çərçivəsində dərmanlar ödənişli olur, yoxsa yox? – AÇIQLAMA


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:22 17.02.2022

“İcbari Tibbi Sığorta çərçivəsində stasionar şəraitdə müalicə alan xəstənin həkim təyinatına uyğun olan dərman preparatları agentlik tərəfindən qarşılanır”.

FED.az biznes və maliyyə xəbərləri portalı Oxu-az-a istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertiza şöbəsinin müdiri Nərgiz Ağayeva agentliyin “Facebook” səhifəsində canlı yayımda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, həkim tərəfindən həmin şəxsin xəstəliyinə və eləcə də yanaşı xəstəliklərinə uyğun dərman preparatları yazılır:

“Bəzən xəstələr “mən bu dərmanı yox, başqasını istəyirəm” kimi etirazlar edə bilir. Lakin bu kimi seçimlər doğru deyil. Həkimlər xəstənin vəziyyətinə uyğun olaraq müalicə təyin edir və yalnız həmin həkim reseptində qeyd edilən dərmanlar icbari tibbi sığorta çərçivəsində qarşılanır”.

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET