preloader gif

Nazirlik rəsmisi: "Qarabağda 13 avtomobil yolundan 9-u üzrə işə başlanılıb"


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
11:46 27.01.2022

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tikintisi və yenidən qurulması nəzərdə tutulan 13 avtomobil yolundan 9-u üzrə işlərə başlanılıb, 1 layihə üzrə isə mobilizasiya işləri aparılır".

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova deyib.

"Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində işğaldan azad edilmiş ərazilərdə yolların inşasına, eyni zamanda, şəhərlərarası yolların – Göygöl və Kəlbəcər, Kəlbəcər və Laçın arasında tikilən tunellərə, Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yollarına xüsusi diqqət ayırıb. Bu layihələrin həm strateji, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacağını vurğulayıb",- o əlavə edib.

Mənbə: Report.az

SIĞORTANI İNDİ ƏLDƏ ET