preloader gif

ABŞ dollarının möhkəmlənməsi fonunda qızıl ucuzlaşıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:26 26.01.2022

Möhkəmlənən ABŞ dollarının təzyiqi altında qızılın dəyəri azalıb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,3%, yaxud 5,55 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 846,95 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,58% aşağı düşərək, 1 unsiyası 23,758 ABŞ dolları təşkil edib.

ABŞ dollarının bir sıra valyutalara, o cümlədən Yaponiya yeninə qarşı möhkəmlənməsi qızılın qiymətinə təsir göstərir. ABŞ dollarının indeksi isə 0,02% artaraq, 95,97 bəndə çatıb.

İnvestorlar FES iclasının bu gün açıqlanacaq nəticələrini gözləyirlər. Analitiklər hesab edirlər ki, tənzimləyici orqan tezliklə monetar siyasəti sərtləşdirəcək və yaxın gələcəkdə uçot dərəcəsini artıra bilər.

Qızıl fyuçerslərinin hesablandığı ABŞ dolları bu qərarlardan sonra möhkəmlənə bilər, bu isə qiymətli metalı digər valyuta istifadəçiləri üçün daha az əlçatan edir.

Mənbə: Report.az

SIĞORTANI İNDİ ƏLDƏ ET