preloader gif

Ötən il Azərbaycan bankları bankomatların sayını 7%, pos-terminalların sayını - 6,7% ARTIRIB


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
14:29 25.01.2022

31 dekabr 2021-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,907 min min ədəd bankomat quraşdırılıb ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 7% çoxdur.

FED.az biznes və maliyyə xəbərləri portalı İnterfaks-Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Dekabrın 31-nə Bakıda 1,56 min ədəd (artım 9,2%), bölgələrdə 1,347 min ədəd (artım 4,7%) bankomat quraşdırılıb.

Respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 60,936 min ədəd təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 6,7% çoxdur.

Bununla yanaşı, Bakıda 40,549 min ədəd (artım 7,8%), regionlarda 20,387 min ədəd (artım 4,6%) pos-terminal quraşdırılıb.

Pərakəndə ticarət obyektlərində 58,82 min ədəd pos-terminal və ya bütün pos-terminalların 96,6%-i quraşdırılıb.

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET