preloader gif

Evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı - HAZIRLANACAQ


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
13:09 21.01.2022

Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacaq.

FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki,  “Sənədsiz evlərin sənədləşdirilməsi prosesinə nə zamandan başlanılması nəzərdə tutulur?” sualına cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, bununla bağlı müvafiq qanunvericilik aktı qəbul edildikdə prosesə başlanacaq.

Əmlak Məsələləri Dövlət Xidməti bu barədə qanunvericilik aktı hazırda qəbul edilmədiyi üçün bu halda hansı sənədsiz evlərin sənədləşdirilməsinin mümkün olmayacağı barədə sualı isə cavablandırmayıb.

SIĞORTANI İNDİ ƏLDƏ ET