12:25 21.01.2022
2021-ci ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına 383,108 milyon manat sığorta haqqı toplanılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, 2020-ci ilə nisbətən 26,1% çoxdur.
Ötən il qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 460,789 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 8,45% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 15,3% azalaraq 239,786 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 20,2% artaraq 218,94 milyon manata çatıb.
Beləliklə, 2021-ci ildə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 62,6 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 47,5 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ildə müvafiq olaraq 93,2 manat və 42,9 manat olub.
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.