preloader gif

Könüllü sığorta 17%, icbari sığorta isə 14% - ARTIB


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
12:11 21.01.2022

2021-ci ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına 586,595 milyon manat sığorta haqqı toplanılıb.

FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki,  bu, 2020-ci ilə nisbətən 16,7% çoxdur.

Ötən il icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 13,9% artaraq 257,303 milyon manata çatıb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 339,266 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 10,4% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 38,25% artaraq 119,461 milyon manata çatıb.

Beləliklə, 2021-ci ildə könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 57,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ildə 75,3 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 38,3 manatdan 46,4 manata çatıb.

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET