preloader gif

“Ford”un bazar dəyəri ilk dəfə 100 mlrd. dolları - KEÇİB


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:12 14.01.2022

“Ford” avtomobil şirkətinin bazar dəyəri ilk dəfə olaraq 100 milyard dolları keçib. O, “Tesla”, “Toyota” və “Volkswagen”dən sonra dördüncü olub.

FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki,  məlumata görə, dünən Bakı vaxtı ilə saat 23:20-də “Ford” səhmlərinin qiyməti 25.38 dollara olub ki, bu da son 20 ilin maksimumudur. Mütəxəssislərin fikrincə, qiymət artımı “Ford”un elektrikli avtomobillərin istehsalını artırmaq planları ilə bağlıdır.

Bazar dəyərinə görə avtomobil şirkətləri arasında birinci sırada “Tesla” (1 trilyon dollar), ikinci yerdə “Toyota” (346 milyard dollar), üçüncü yerdə isə “Volkswagen” (121 milyard dollar) dayanır.

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET