preloader gif

Prezident 2015-də devalvasiyaya gedilməsinin səbəbini açıqlayıb – “10 milyard dollar itirdik”


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
09:46 13.01.2022

“Bildiyiniz kimi, bir neçə il bundan əvvəl biz çox ağır bir addımın atılmasına məcbur idik. Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi”.

FED.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz bu addımı atmasaydıq, biz bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Haradasa 10 milyard dollar. Təxminən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdir. Nəticə etibarilə manatı Mərkəzi Bank sabit saxlaya bilmədi və 10 milyard dollar valyutanı biz itirdik”, – dövlət başçısı vurğulayıb.

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET