preloader gif

İnternet üzərindən avtomobil alarkən - Nələrə Diqqət Etmək Lazımdır?


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:25 12.01.2022

İnternet üzərindən avtomobil almaq istəyən şəxslər zaman-zaman dələduzluqla üzləşir. Belə ki, ucuz avtomobil almaq istəyən şəxs ona sərf edəcəyini fərz edib avtomobil sahibinə kart vasitəsiylə öncədən müəyyən məbləğdə pul köçürür. Bununla da vətəndaşın dələduzluğun qurbanı olma ehtimalı yüksəlir.

FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, avtomobilə yerində baxış keçirmədən öncə beh göndərilməməlidir.

"Belə ki, vətəndaş elanda avtomobilin dəyərindən ucuz qiymətə satıldığını görür. Hansısa şəxs elan verir ki, təcili pul lazım olduğu üçün avtomobili ucuz satır, buna görə də almaq istəyənin çox olduğunu bildirir; əgər müştərinin fikri ciddidirsə, beh göndərsin. İnandırıcı olmaq üçün də öz şəxsiyyət vəsiqəsini, öz adına olan bank kartının və avtomobilin texniki şəhadətnaməsinin şəklini göndərir. Halbuki, diqqətlə baxanda görünür ki, texniki şəhadətnamə saxtadır. Lakin avtomobili almaq istəyən şəxs bunun fərqində olmur və behi göndərir. Pulu alan dələduz aradan çıxır. Bu halda dələduzu tapmaq üçün polisə müraciət etmək lazımdır", - deyə ekspert qeyd edib.

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET