preloader gif

Azərbaycanda bank ili 2 milyon zərərlə başa vurub – HESABAT


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:39 11.01.2022

Azərbaycanda fəaliyyət göstərən İran bankı – İran Milli Bankının Bakı filialı 2021-ci ilin 4-cü rübü üzrə göstəricilərini açıqlayıb. 

FED.az xəbər verir ki, bank 2021-ci ili böyük zərərlə başa vurub. 

Hesabata əsasən 2021-ci ildə bankın faiz gəlirləri 3 milyon 442 min manat, faiz xərcləri 300 min manat, nəticədə xalis faiz gəliri 3 milyon 142 min manat təşkil edib. 
2020-ci illə müqayisədə bankın faiz gəlirləri 25%, faiz xərcləri 19% artıb. 
Bununla yanaşı, bank ilin nəticələri üzrə 3,7 milyon manat vəsaiti aktivlər üzrə mümkün zərərləri ödəmək üçün ayırıb. Ötən il bu məbləğ 10 dəfə az idi – 365 min manat. 

2021-ci ildə İran bankı xarici valyuta mövqeyinin yenidən qiyməitləndirilməsindən  82 min manat itirib, əvəzində xarici valyuta ilə əməliyyatlardan 455 min manat qazanıb. 

Ötən il İran Bankının haqq və komissiya gəlirləri 182 min manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə təqribən 24% artıqdır. 

Bankın illik inzibati xərcləri isə demək olar ki, dəyişməyib və 1 milyon 911 min manat olub. 

Nəticədə bankın vergidən əvvəlki zərəri 1 milyon 956 min manat, 4 min manatlıq mənfəət vergisindən sonra isə xalis zərər 1 milyon 960 min manat təşkil edib. Halbuki, bank əvvəlki - 2020-ci ili 783 min manat xalis mənfəətlə başa vurmuşdu. 

Maraqlıdır ki, İran Milli Bankının Bakı filialı 2021-ci ilin əvvəlki rüblərini xalis mənfəətlə başa vurmuşdu – 1-ci rübdə xalis mənfəət 614 min manat, 2-ci rübdə 575 min manat, 3-cü rübdə isə 964 min manat olmuşdu. Bankın rüblük mənfəətə baxmayaraq ili belə böyük zərərlə başa vurmasının səbəbi aktivlər üzrə ehtiyatların yaradılmasına böyük  vəsait ayırması səbəb olub. 

2021-ci ildə İran Bankının aktivləri 7 milyon manat və ya 7,3% azalaraq 93,7 milyon manatdan 86,8 milyon manata enib. 
Aktivlərin azalması bankın qiymətli kağızlara investsiyalarını 5 milyon manat azaltması (22 mmilyon manatdan 17 milyon manata enib), eləcə də digər aktivlərin sıfırlanması (əvvəl 4,6 mmilyon manat idi) ilə bağlıdır. İran bankı 2021-ci ildə digər maliyyə institutlarındakı vəsaitlərini də – 2,3 milyon manat geri çəkib. 
Əvəzində İran bankı kredit portfelini  az qala 2 dəfə artıraraq 5,2 milyon manatdan 9,8 milyon manata qaldırıb. 
Öhdəlikləri isə 9% azalaraq 56,3 milyon manatdan 51,4 milyon manata enib. 

Bankın kapitalı isə artıq çoxdandır ki, ölkə qanunvericiliyi ilə nəzərdə tutulan həddən (50 milyon manat) aşağıdır – 2020-ci ildə kapital 37 milyon manat idisə, 2021-ci ilin nəticələrinə görə, 2 milyon manatlıq xalis zərər bu göstəricini daha da pisləşdirib – 35 milyon manat. 

Mənbə: Fed.az

SIĞORTANI İNDİ ƏLDƏ ET