preloader gif

Metronun Xocəsən deposunda yerüstü stansiya bu il hazır olacaq


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:11 11.01.2022

“Bakı Metropoliteni” QSC-nin Xocəsən deposunun inşasının birinci mərhələsi bu il yekunlaşacaq.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Bənövşəyi xəttin 22 hektarlıq ərazidə yerləşən və perimetr boyunca ümumi uzunluğu 2 400 metr hasarla əhatə edilən Xocəsən qəsəbəsində inşa olunan deposunda müasir sistemlər qurulacaq.

Burada depo yollarının ölkənin dəmiryol xəttinə birləşməsi ilə yanaşı, qatarların texniki baxışı, qulluğu, xidməti və ən əsası, təmiri üçün müvafiq şəraiti olacaq sex, təsərrüfat qatarlarının müvəqqəti dayanacaq və qulluq yeri olacaq yük yeri, yeni tipli elektrik yarımstansiyası, qatarların hərəkətinin idarəetmə mərkəzi və digər infrastruktur sahələri qurulur. Ərazidə hazırda qatarların hərəkətini təmin edən sistemlər qurulur.

Xocəsən deposunda sərnişinlər üçün yerüstü stansiya da tikilir. Stansiya 2022-ci ildə hazır olacaq. Qəsəbə və ətraf ərazilərin sakinlərinin və burada çalışanların şəhərin digər inzibati ərazilərinə yolunu xeyli qısaldacaq bu stansiya “Bakmil”dən sonra Bakı metrosunun ikinci yerüstü stansiyası olacaq.

Mənbə: Apa

SIĞORTANI İNDİ ƏLDƏ ET