preloader gif

"Azəriqaz": “Neftli torpaqdakı evlərin qazlaşdırılması üçün ərazinin təyinatı dəyişdirilməlidir"


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri,gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
11:47 07.01.2022

“Azərbaycanda neftli torpaqlarda tikilmiş evlərin qazlaşdırılması sual altındadır”.

“Report” xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəhbəri Teymur Cəfərov deyib.

“Həmin evlərin qazlaşdırılması üçün onların yerləşdiyi ərazilərin təyinatı dəyişdirilməlidir. Yəni insanlar gözləməlidir ki, həmin ərazi plana düşsün, daha sonra isə “ASAN Kommunal” mərkəzlərinə müraciət edib, lisenziyası olan podratçı şirkətlərlə bu məsələni öz hesablarına həll edə bilərlər. Yəni vətəndaşlara şərait yaradılıb ki, onlar öz vəsaitləri hesabına qazlaşdırma həyata keçirə bilsinlər. Ümumilikdə isə qazlaşdırma plana uyğun həyata keçirilir", - deyə o, qeyd edib.

Mənbə:  Raport

SIĞORTANI İNDİ ƏLDƏ ET