preloader gif

Böyük Britaniyaya gələnlər üçün PCR testləri ləğv edilib


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,bank,bank xəbərləri, hərbi, hərbiçi, hərbiçi sığortası, gündəm,kredit,investisiya,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketler
10:33 06.01.2022

Böyük Britaniyaya gələnlər üçün uçuşdan əvvəl və gəlişin ikinci günü tələb olunan PCR testləri ləğv edilib.

Baş nazir Boris Conson cümə günü səhər saat 4-dən etibarən Böyük Britaniyaya qayıdan insanların yola düşmədən əvvəl testdən keçməli olmayacaqlarını açıqlayıb.

O, həmçinin ölkəyə gələn insanların mənfi PCR testi alana qədər özlərini təcrid etməli olmayacaqlarını, bunun əvəzinə gəldikdən sonra ikinci günün sonunda PCR testi əvəzinə antigen testi etməli olduqlarını bildirib. Əgər antigen testi müsbət olarsa, onlar yeni variantları müəyyənləşdirməyə kömək üçün təsdiqləyici PCR testi etməlidirlər.

SIĞORTANI İNDİ ƏLDƏ ET