preloader gif

Milli Məclisin binası sığortalı olub - ŞİRKƏT MƏLUM OLDU


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
10:58 17.11.2021

Bir neçə gündür müzakirələrə səbəb olan məsələyə aydınlıq gəlib - Milli Məclisin fasadı dağılan inzibati binası sığortalı olub.

FED.az əldə etdiyi məlumata görə, parlament binası daşınmaz əmlakın icbari sığortası üzrə “PAŞA Sığorta” şirkətində sığortalanıb.

Qeyd edək ki, noyabrın 11-də Bakıda güclü külək bir sıra fəsadlar törədib, o cümlədən Milli Məclisin inzibati binasında bir neçə fasadı uçurub.

Dəymiş zərərlə bağlı noyabrın 16-da “PAŞA Sığorta” şirkətinə müraciət olunub. Sığorta şirkəti hazırda müraciəti araşdırır. Məlumata görə, daha sonra zərərin qiymətləndirilməsi həyata keçiriləcək. Bundan sonra dəyən ziyanın sığorta şirkəti tərəfindən qarşılanması dəqiqləşəcək.

Mənbə: FED.az

SIĞORTANI İNDİ ƏLDƏ ET