preloader gif

Azərbaycanda ən çox sığorta ödənişləri edən şirkətlər


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
15:47 26.10.2021

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyata keçirilmiş 373,491 milyon manat sığorta ödənişinin 326,332 milyon manatı və yaxud 87,4 faizi beş sığorta şirkətinin payına düşüb.

Fins.az xəbər verri ki, bu, “PAŞA Həyat Sığorta” (178,248 milyon manat) və “PAŞA Sığorta” (58,449 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 49,037 milyon manat), eləcə də “Atəşgah Həyat Sığorta” (24,561 milyon manat) və “Xalq Sığorta” (16,037 milyon manat)  ASC-lərdir.

9 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (43 min manat), “Xalq Həyat Sığorta” (89 min manat), “Naxçıvan Sığorta” (285 min manat) və “Bakı Sığorta” (688 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,105 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 46,054 milyon manat (12,3%) təşkil edib.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET