preloader gif

Günay Sığorta 29 yaşını qeyd edir


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
14:51 08.09.2021

Azərbaycanın ilk özəl sığorta şirkəti olan “Günay Sığorta” ASC 04.09.2021-ci tarixində 29 illiyini qeyd etdi. Şirkət Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. 14 avqust 2008-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 042483 saylı müddətsiz lisenziya verilmişdir.

29 il ərzində müştərilərinin, əməkdaşlarının, partnyorlarının etibarını qazanaraq fəaliyyət göstərən şirkət bazarda daim yeni məhsulları, operativ xidməti və sosial layihələri ilə seçilmişdir.

“Günay Sığorta” şirkəti partnyorlarına və müştərilərinə uğurlu və etibarlı əməkdaşlığa görə təşəkkür edir.

29 ildir sizə xidmət göstərməkdən məmnunuq!

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET