preloader gif

Sığorta şirkətinə məxsus mebellər və kondisionerlər hərraca çıxarılır


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
13:00 19.08.2021

Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyasının sifarişi ilə ləğvetmədə olan şirkətə məxsus 942 ədəd inventarlar (elektron avadanlıqları,kondisionerlər və ofis mebelləri) açıq hərraca çıxarılmışdır. Hərrac açıq auksion formasında sifarişçinin müəyyənləşdirdiyi qaydalara uyğun keçirilməklə  23 avqust 2021-ci il tarixə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilib.

"Standard Insurance" sığorta şirkətinin ləğvetmə komissiyasından verilən məlumata görə, hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək.

942 ədəd inventarların ümumilikdə ilkin satış qiyməti 21.050 (iyirmi bir min əlli) manat məbləğində müəyyənləşdirilib.

Hərracda iştirak üçün ilkin satış qiymətinin 5 %-i, yəni 1052,50 (bir min əlli iki manat əlli qəpik) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 2 (iki) iş günü qalanadək hərrac sifarişçisinin aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:

//e-herrac.com/advertisement/dasinar-emlak/legv-prosesinde-olan-standard-insurance-sigorta-sirketinin-legvetme-komissiyasinin-sifarisi-ile-legvetmede-olan-sirkete-mexsus-942-eded-inventarlar-aciq-herraca-cixarilmisdir

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə  satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Mənbə:Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET