preloader gif

Bağlanan sığorta şirkətlərinin avtomobilləri hərraca çıxarılır


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
12:21 30.07.2021

İcbari Sığorta Bürosundan verilən məlumata görə əmlakların satışı ilə bağlı hərrac 5 avqust 2021 –ci il tarixində saat 11.00-da  keçiriləcəkdir.

Banker.az bu barədə İSB-ya istinadən xəbər verir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:

S/N Model Marka Buraxılış ili Dövlət nömrə nişanı  

   Rəng

 

İlkin satış qiyməti

 (AZN-lə)

1 “Honda Accord” Sedan 2011 10 PX 806     Qara 16.000

(on altı min)

2 “Volkswagen T-5” Multivan (6+1) 2012  

90 AN 806

    Qara 42.000

(qırx iki min)

Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC” tərəfindən Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir. Hərracda iştirak üçün ilkin satış qiymətinin 10%-i, yəni  “Honda Accord” minik markalı avtomobili üzrə 1600 (min altı  yüz) manat məbləğində;  “Volkswagen T-5” minik markalı avtomobili üzrə  4200 (dörd min iki yüz) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac sifarişçisinin hesabına ödənilməlidir.

Hərracda iştirak haqqı  ilkin satış qiymətinin 2%-i, yəni  “Honda Accord” minik markalı avtomobili üzrə  350 (üç  yüz əlli) manat məbləğində;  “Volkswagen T-5” minik markalı avtomobili üzrə  500 (beş yüz) manat məbləğində  ödənilməlidir. İştirak haqqı hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının  hesabına ödənilməlidir.

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən  əldə etmək münkündür:

https://e-herrac.com/advertisement/neqliyyat/avtomobiller/icbari-sigorta-burosu-huquqi-sexslerinin-ittifaqinin-sifarisi-ile-avtomobil-aciq-herraca-cixarilmisdir

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET