preloader gif

Yeni yaradılmış sığorta şirkəti ASA-ya üzv oldu


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
12:25 29.07.2021

Yerli sığorta bazarına yeni daxil olmuş həyat sığortası şirkəti olan “Meqa Həyat” Azərbaycan Sığortaçılar Assosiasiyasına üzv olub.

Bu barədə ASA-dan bildirilib. Məlumata görə, yeni sığorta şirkətinin Assosiasiyaya üzvlüyü ASA-nın Müşahidə Şurasının ötən gün keçirilən iclasında təsdiq edilib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə 2021-ci ilin fevral ayının 19-da "Meqa Həyat” ASC-yə 5 il müddətinə lisenziya verilib. Bununla da, ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 19-dan 20-yə, həyat sığortası şirkətlərinin sayı isə 4-dən 5-ə çatıb.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET