preloader gif

Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
12:01 07.07.2021

Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat olub. Azər Əmirov Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 

Banker.az bu barədə quruma istinadən xəbər verir.

Azər Əmirov 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr pilləsi üzrə fərqlənmə ilə, 2002-2005-ci illərdə isə həmin fakültədə magistratura pilləsini eyni müvəffəqiyyətlə başa vurmuşdur.

A.Əmirov 2002-cilin sonundan 2011-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə qulluq keçmiş, 2011-2013-cü illərdə əmək fəaliyyətinə “PAŞA Həyat Sığorta” ASC-nin İnsan resursları və Hüquq şəbəsinin rəhbəri olaraq davam etdirmişdir. 2013-cü ildən isə fərdi qaydada hüquqşunaslıq işini davam etdirməklə, 2014-2017-ci illərdə “Pozitiv Consulting” MMC-nin direktoru vəzifəsində çalışmışdır. 

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET