Azərbaycanın sığorta şirkəti səhmdarlarına 3 milyon manatdan çox dividend ödəyib

10:38 01.07.2021

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri

“Meqa Sığorta” ASC-nin 2019-cu il maliyyə ili üzrə mühasibat balansında öz əksini tapan bölüşdürülməmiş mənfəətin 3 180 000 manat hissəsi cəmiyyətin səhmdarlarına dividend ödənişinə yönəldilib.

Banker.az bu barədə sığorta şirkətinin illik hesabatına istinadən xəbər verir.

Dividendlər səhmdarların cəmiyyətin nizamnamə kapitalındakı payına müvafiq formada proporsional bölünüb.

Sığorta şirkətinin qiymətli kağızlarının miqdarı 4.6 min, nominalı 5 min manatdır.


Banker.az