2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə 13 120 min manat sığorta haqqı hesablanıb.
Banker.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə hesablanmış sığorta haqları ötən ilin yanvar-may dövrü ilə müqayisədə 4 milyon 492 min manat və ya 25.5% azalıb.
2020-ci ilin yanvar-may ayları ərzində isə avtonəqliyyat vasitələrinin sığortası üzrə 17 milyon 612 min manat sığorta haqları hesablanmışdı.
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 6 milyon 220 min manat ödəniş həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişləri isə 17% azalıb.
Mənbə: Banker.az