preloader gif

Azərbaycanda həyat sığortası 20%, qeyri-həyat sığortası isə 4% artıb


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
16:29 30.06.2021

Bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 168,276 milyon manat sığorta haqqı toplanılıb.

Bu, ötən ilin yanvar-may aylarına nisbətən 19,5% çoxdur.

Ötən 5 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 229,726 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 4,2% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 65,75% artaraq 118,899 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 30,5% artaraq 89,334 milyon manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar-may aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 70,7 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 38,9 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-may aylarında müvafiq olaraq 50,9 manat və 31 manat olub.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET