preloader gif

Yaşayış binasındakı lift qurğusuna “Daşınmaz əmlakın icbari sığortası” üzrə sığorta təminatı verilir?

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
12:05 21.06.2021

Son vaxtlar təlim iştirakçılarından, sığorta agentlərindən və digər maraqlanan şəxslərdən daxil olan mübahisə doğura bilən bəzi suallar yaranıb.

Həmin suallardan birini təqdim edirik:

Yaşayış binasındakı lift qurğusuna “Daşınmaz əmlakın icbari sığortası” üzrə sığorta təminatı verilirmi?

Fins.az sığorta eksperti Şükür Hüseynovun cavabını təqdim edir:

“Bəli, sığorta təminatı verilir. Nəinki lift qurğusu, eləcə də tikilinin havalandırma, isitmə və soyutma sistemi də icbari sığorta təminatına daxil edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsində isə sualınızın dəqiq cavabı vardır:  “

Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir”.

 


Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET