preloader gif

PAŞA Sığortadan bazar dəyəri yüksək olan avtomobillər üçün “OK 1900” məhsul paketi


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
11:05 14.06.2021

“PAŞA Sığorta” şirkəti bazar dəyəri yüksək olan avtomobillər üçün “Optimal KASKO” məhsulu üzrə yeni təminat paketini təqdim edir. Sayca üçüncü olan paket “OK 1900” adlanır.

“OK 1900” paketi müştərilərə 1900 AZN sığorta haqqı ödəməklə 20.000 AZN sığorta təminatı əldə etmək imkanı yaradır. Məhsul paketi müştərilərin istəkləri əsasında formalaşdırılmış bir məhsul paketidir, əsasən,  avtomobilini ehtiyatlı və ya az idarə edən, bazar dəyəri 100.000 - 300.000 AZN arasında dəyişən lyuks avtomobil sahibləri üçün nəzərdə tutulmuşdur.
 

 “Optimal KASKO” məhsulu daha öncə müştərilərə “OK 500” və “OK 900” paketləri ilə təklif edilmişdir. Bu paketlər isə uyğun olaraq 500 AZN və 900 AZN sığorta haqqı ilə əldə edilə bilər. Sığorta təminatı “OK 500” paketində 5000 AZN və “OK 900” paketində isə 10000 AZN təşkil edir. Tam KASKO əldə etmək istəməyən müştərilər öz avtomobilinin bazar dəyərinə, həmçinin öz büdcəsinə uyğun sığorta paketini seçməklə avtomobilinə uyğun təminat məbləğini əldə edə bilərlər. Məhsulu əldə edən müştərilərə məbləğdən asılı olaraq sığorta haqqını 5 aydan 10 aya qədər uzunmüddətli ödəmə imkanı da təklif edilir.

“Optimal KASKO” məhsulunu əldə etmək, eyni zamanda daha ətraflı məlumat üçün *7000 Sığorta Məsləhətləri xətti ilə əlaqə saxlamaq mümkündür. 



Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET