preloader gif

Azərbaycanda yeni yaradılan sığorta brokeri rebrendinq edib


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
14:21 09.06.2021

Azərbaycanda fəaliyyət göstərən sığorta və təkrar sığorta brokeri rebrendinq edib.

Banker.az xəbər verir ki, bu, “Union Sığorta və Təkrarsığorta Brokeri” MMC-dir.

Şirkət bundan sonra, “Xəmsə” Sığorta və Təkrarsığorta Brokeri” MMC adı altında fəaliyyət göstərəcək.

Qeyd edək ki, şirkət 2020-ci ilin iyulunda təsis edilmişdi, 1000 manat nizamnamə kapitalı var. Şirkətin qanuni təmsilçisi Fərid Zeynalov Fuad oğludur. Şirkət hələ ki, Mərkəzi Bank tərəfindən lisenziya əldə etməyib.

Sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir.

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET