preloader gif

“Qala Həyat Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta bazarı,sığorta,sığorta növləri, sigorta,sığorta ödənişi,sigorta ödənisi,sığorta haqqı,sigorta haqqi,sigorta sirketleri,sığorta şirkətləri
11:18 20.04.2021

İyunun 1-i saat 10:00-da “Qala Həyat Sığorta" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5A ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Qala Həyat Sığorta"nın 2020-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i "Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur. "Qala Həyat Sığorta" isə "Azər-Türk Bank"ın 5%-lik səhmdarıdır.

 

Mənbə: Report.az

SIĞORTANI İNDİ ƏLDƏ ET