preloader gif

Azərbaycanda 4 sığorta şirkətinin balans kapitalı 30 milyon manatdan çoxdur


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta bazarı,sığorta,sığorta növləri, sigorta,sığorta ödənişi,sigorta ödənisi,sığorta haqqı,sigorta haqqi,sigorta sirketleri,sığorta şirkətləri
13:47 15.04.2021

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 4-nün bu il yanvarın 1-nə balans kapitalı 30 milyon manatdan çox olub.

“Renkinq” xəbər verir ki, bunlar “PAŞA Sığorta” (76,655 milyon manat), “PAŞA Həyat Sığorta” (68,454 milyon manat), “Xalq Sığorta” (49,189 milyon manat) və “Azsığorta” (33,16 milyon manat) ASC-lərdir.

Qalan 15 sığorta şirkətindən 11-nin balans kapitalı 10-29 milyon manat arasında, 4 şirkətin balans kapitalı isə 10 milyon manatdan azdır.

Mənbə: Renkinq.az

SIĞORTANI İNDİ ƏLDƏ ET