preloader gif

Fevralda sığorta bazarında ən çox ödəniş edən şirkətlər – Renkinq


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta bazarı,sığorta,sığorta növləri, sigorta,sığorta ödənişi,sigorta ödənisi,sığorta haqqı,sigorta haqqi,sigorta sirketleri,sığorta şirkətləri
09:34 05.04.2021

Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin fevral ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.

Cari ilin fevral ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Həyat Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 43 milyon 58 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə “Dövlət Sığorta Kommersiya” şirkətidir. (24 milyon 324 min manat).

Üçüncü yerdə 13 milyon 47 min manat olmaqla “PAŞA Sığorta” şirkəti qərarlaşıb.

Dördüncü yerdə olan “Atəşgah Həyat Sığorta” şirkəti 7 milyon 743 min manat sığorta ödənişi edib.

5-ci yerdə qərar tutan “Xalq Sığorta” şirkətidir – 3 milyon 155 min manat.

Ənn az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə  “Bakı Sığorta” (77 min manat) “Xalq Həyat” (73 min manat), “Naxçıvansığorta” (31 min manat) və “Rəvan Sığorta (23 min manat) olub. “Aqrar Sığorta” isə fevral ayında ödəniş etmədiyindən müqayisə etmək mümkün deyil.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Rəvan Sığorta” ASC-yə verilmiş 15 oktyabr 2009-cu il tarixli lisenziya ləğv edilib.

Mənbə:Banker.az

 

SIĞORTANI İNDİ ƏLDƏ ET