preloader gif

“Sənaye Sığorta” pandemiyalı ildən 2 milyon xalis mənfəətlə çıxdı


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta bazarı,sığorta,sığorta növləri, sigorta,sığorta ödənişi,sigorta ödənisi,sığorta haqqı,sigorta haqqi,sigorta sirketleri,sığorta şirkətləri
09:40 04.03.2021

“Azersun Holding”ə yaxın olan sığorta şirkəti “Azərbaycan Sənaye Sığorta” ASC 2020-ci ildə 1 milyon 996.87 min manat həcmində xalis mənfəət əldə edib.

Banker.az “Economica-CHA” adlı audit şirkətinin ASS ilə bağlı audit hesabatına istinad edir.

Sığorta şirkətinin cəmi gəlirlərinin həcmi 2 milyon 409.81 min manat, yaxud 35 faiz öncəki illə müqayisədə daha çox olub. Belə ki, cəmi gəlirlərin həcmi 9 milyon 252.22 min manat təşkil etmişdir. Sığorta şirkətinin əsas əməliyyat gəliri 9 milyon 331.22 milyon, xalis sığorta ehtiyatlarının həcmi 1 milyon 236.63 min manat azalıb.

“Azərbaycan Sənaye Sığorta”nın cəmi xərclərinin həcmi isə illik müqayisədə cəmi 869.96, yəni 15% artımla 6 milyon 756.13 min manat olub. Şirkətin illik sığorta ödənişlərinin həcmi 2 milyon 145.43 min manat, təkrarsığortaya verilmiş sığorta haqları üzrə 1 milyon 652.67 min manat, işlərin aparılması xərcləri 2 milyon 826.3 min manat olub.

Beləliklə, sığorta şirkətinin mənfəəti 2 milyon 496.09 min manat təşkil edib ki, bu da öncəki ili xeyli üstələyə bilib. Sığorta şirkəti bu mənfəət vergisindən 499.22 min manat ödəniş etdikdən sonra xalis mənfəəti 1 milyon 996.87 min manat olmuşdur. Öncəki ildə xalis mənfəətin həcmi 780.99 min manat idi.

Bu xalis mənfəətdən sonra balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 3 milyon 39.8 min manata yüksəlmişdir.

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET