preloader gif

Pensiya fondu ya həyat sığortası: Hansı daha sərfəlidir?

sığorta bazarı,sığorta,sığorta növləri, sigorta,sığorta ödənişi,sigorta ödənisi,sığorta haqqı,sigorta haqqi,sigorta sirketleri,sığorta şirkətləri 09:19 03.03.2021

Dövlət Sosial Müdafiə Fonduna edilən köçürməni həyat sığortasına yönəldənlərin sayı ildən-ilə artır. Bəs bu tendensiya nə qədər sərfəlidir? Gələcəkdə bizə pensiya şəklində qayıdacaq puldan nəyin naminə imtina edirik? Bu suallarla sığorta üzrə ekspert İlkin İbrahimova müraciət etdik. 

Fins.az xəbər verir ki, ekspert proseduru izah etdi: 

“Ölkəmizdə Dövlət Sosial Müdafiə Fonduna köçürmələr məcburidir və qanunla tənzimlənir. Biz hər ay öz əmək haqqımızdan 3% miqdarında pulu məcburi həmin fonda köçürürük ki, gələcəkdə (normalda 62 və ya 65 yaşa çatanda) hansısa məbləği dövlət bizə aylıq sosial dəstək kimi versin. Sağlamlığın itirilməsi, pensiya kapitalının yığılması və müəyyən yaşa çatıldıqda müəyyən qrup əlilliklə bağlı da dövlət sosial müavinət təyin edir. 

Qeyd etmək istərdim ki, bu qədər məbləğin yığılması və idarə olunması üçün dövlət 1000-lərlə işçi cəlb edir, əmlaklar alır və ya icarəyə götürür. Hətta xidmətin idarə olunmasına görə xidmət haqqı da tutulur. Dünya təcrübəsində sosial fondlar həm də özəl fondlar kimi fəaliyyət göstərir. Yəni yığılan pula xidmət və idarə olunmağa görə aşağı və yuxarı məbləğlər təyin olunur ki, vətəndaş da seçim hüququndan istifadə edir. 

Ölkəmizdə özəl sığorta fondları yoxdur, lakin həyat sığorta şirkətlərinin bu yığımlara oxşar könüllü yığım sığortaları vardır”. 

İlkin İbrahimov bildirib ki, ölkəmizdə də həyat sığorta şirkətləri belə həyatın yığım sığortası edirlər:

2017-ci ilə kimi Qanunda bütün əmək haqqını könüllü yığım sığortasına ötürmək hüququ vardı. Lakin 2017-ci ildə Vergilər Məcəlləsinə edilən dəyişikliklə əmək haqqının 500 AZN-ə qədər olan hissəsini könüllü həyat yığım sığortasına ötürmək hüququ verildi. Bildiyimiz kimi, ölkəmizdə sığorta sektorunun əsas sığorta haqqı da həyat sığortasıdır. 

Bu qaydaya görə, həm işəgötürən, həm də işçinin razılığı ilə sizin əmək haqqının 500 AZN-ə qədər hissəsini (DSMF yığımı daxil) həyat sığortası edirsiniz. Yəni müqavilə bağladığınız müddətdə sağlamlığınızın itirildiyi və ya qismən itirildiyi, ölüm halında sığorta kompensasiyasını alırsınız. Sığorta hadisəsi baş vermədiyi təqdirdə müqavilənin sonunda yığılan məbləğ sizə qayıdır. Belə müqavilələr beş ilə kimi bağlanır. Hər hansı istədiyiniz vaxt müqavilədən çıxıb pulunuzu geri götürürsüz. 

Bu sizin üçün seçimdir: Ya 62-65 yaş gözləyib təqaüd ala bilərsiz, ya da 3-5 ildən bir yığılan məbləği götürə bilərsiz”.

Mənbə: Fins.az