12:04 19.02.2021
Azərbaycan Sığortaçılar Assosiasiyası 2020-ci ilin yekunlarına həsr etdiyi “İllik icmal” bülletenində avtomobil sığortası ilə bağlı maraqlı statistika yayımlayıb.
Fins.az xəbər verir ki, ASA-nın bülletenində ötən il ərzində baş vermiş qəzalarda ən çox zərər çəkmiş avtomobil markalarını və onların sayı açıqlanıb.
“İllik icmal”a görə, 2020-ci il ərzində ən çox zərər çəkən avtomobil markaları siyahısına 2187 dəfə qəzaya uğramaqla “Mercedes-Benz” markalı avtomobillər başçılıq edir.
Siyahıda ikinci yerdə 3771 dəfə qəza ilə “VAZ”, 3-cü yerdə isə 1494 dəfə zərərçəkmə ilə “Hyundai” markalı avtomobillər qərarlaşıb.
Mənbə: Fins.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.