2021-ci il üçün icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xidmətlərin sayı açıqlanıb

10:15 05.02.2021

sığorta bazarı,sığorta,sığorta növləri, sigorta,sığorta ödənişi,sigorta ödənisi,sığorta haqqı,sigorta haqqi,sigorta sirketleri,sığorta şirkətləri,tibbi sığorta,Tibbi Sığorta üzrə Dövlət Agentliyi

"Hər il icbari tibbi sığorta üzrə xidmətlər zərfinin yenilənməsi işlər aparırıq. Hazırda bu işləri yekunlaşdıraraq, aidiyyəti üzrə təqdim etmişik və təsdiqlənəcək".

APA-nın məlumatına görə, bunu ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Tibbi İddialar Departamentinin rəhbəri Vüqar Qurbanov isə qeyd edib ki, 2021-ci il üçün icbari tibbi sığortanın xidmətlər zərfinə 2800-dən çox xidmət daxildir: Bura digər müalicə növləri daxil edildikdə, bu say 3000-dən çox olacaq. Xidmətlər zərfinə kardioloji və neyrocərrahi xidmətlər daxil edilib,bura qapalı və açıq ürək əməliyyatları da daxildir".

Mənbə: Apa.az