preloader gif

Sığorta yığımlarının 73%-i 5 şirkətin kassasına daxil olur


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta bazarı,sığorta,sığorta növləri, sigorta,sığorta ödənişi,sigorta ödənisi,sığorta haqqı,sigorta haqqi,sigorta sirketleri,sığorta şirkətləri
10:09 05.02.2021

2020-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda toplanılmış 728 milyon 634 min manat sığorta haqqının 529 milyon 543 min manatı və yaxud 72.7%-i 5 sığorta şirkətinin payına düşüb.

Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, həmin şirkətlər “PAŞA Həyat Sığorta” (242 632 min manat), “PAŞA Sığorta” (163 453 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta” 49 122 min manat), eləcə də “Atəşgah Həyat Sığorta” (41 498 min manat) və “Qala Sığorta” (32 838 min manat) ASC-lərdir.

2020-ci ildə ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Naxçıvansığorta” (1 671 min manat), “Rəvan Sığorta” (1 078 min manat) və “Aqrar Sığorta” (18 min manat) ASC-lərdir.

Mənbə: Banker.az

SIĞORTANI İNDİ ƏLDƏ ET